Kaxa Kaladze - Samqori parkı adlanan ərazinin çar II Erekle parkı adını daşımasına qərar verdik
Kaxa Kaladze - Samqori parkı adlanan ərazinin çar II Erekle parkı adını daşımasına qərar verdik

 

Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi Xidməti İsani rayonunda, Kaxeti şossesində yerləşən Samqori parkı adlanan ərazidə tam bərpa işləri həyata keçirib.

Tbilisi Meriyasının və Mədəniyyət Nazirliyinin birgə səyi ilə parkda heykəltəraş Merab Merabişvilinin eskizinə əsasən yaradılmış çar II Ereklenin abidəsi də qoyuldu.

“Ursa” qrupunun konserti ilə açılan təmir edilmiş parkı Tbilisinin meri Kaxa Kaladze mer müavini Andria Basilaia ilə birlikdə ziyarət edib.

“İsani rayonunda daha bir rekreasiya layihəsi həyata keçirdik. Bu gün bu ərazidə çar Ereklenin abidəsinin açılışını etdik, bu da hər bir gürcü üçün qürurvericidir. İllər ərzində baxımsız qalmış park bu gün tam şəkildə abadlaşdırılıb, yenilənib, bərpa olunub və yaşıllaşdırılıb. Uşaqlar üçün xüsusi məkanlar yaradılıb, ağaclar və bitkilər əkilib. Bütün nəsillərdən olan insanlar üçün istirahət etmək, əylənmək və idmanla məşğul olmağınız üçün uyğun şərait yaradılıb. Samqori parkı adlanan ərazinin adının dəyişməsinə və çar II Erekle parkı adını daşımasına qərar verdik. Çox sevinirəm, yaxşı layihə alındı. Əlbəttə, dayanmayacağıq, şəhərin inkişafını və quruculuğu davam etdirəcəyik. Bir çox maraqlı və əhəmiyyətli layihələr həyata keçiriləcək” – Kaxa Kaladze bildirib.

Layihə çərçivəsində iki hektar ərazidə müasir infrastruktur tikilib: gəzinti cığırları, xarici işıqlandırma və videomüşahidə sistemləri, idman və uşaq meydançaları, istirahət pavilyonları, amfiteatr, heyvanlar üçün nəzərdə tutulmuş zona, stolüstü tennis sahəsi və quru fəvvarə. Park mebeli quraşdırılıb və içməli su üçün fəvvarələr də təşkil olunub.

Yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilib – suvarma sistemi qurulub, formalara münbit torpaq qarışığı və malç tətbiq edilib, 17 854 kvadratmetr sahədə ot səpilib və basdırılıb, 4 722 ədəd ting əkilib.

Reabilitasiyanın ümumi dəyəri 5 milyon lari təşkil edib.

Məlumatı Tbilisinin Meriyası yayır.