Kaxa Kaladze - Salome Zurabişvili prezidentlikdən gedəndə sabiq prezident deyil, atılmış prezident olacaq, çünki o, dövlət institutlarını və konstitusiyanı təhqir etdi
Paytaxtın meri Kaxa Kaladze Gürcüstan Prezidenti Salome Zurabişvilini konstitusiyanı dəfələrlə pozmaqda ittiham edir və prezident üçün heç bir qanunun olmadığını bildirir.
Kaxa Kaladze deyib ki, konstitusiyaya bu münasibətinə görə Salome Zurabişvili vəzifədən getdikdən sonra sabiq deyil, atılmış prezident statusuna malik olacaq.
“Onun konkret qanun pozuntuları var və ilk dəfə deyil ki, konstitusiyanı pozur. Dövlətə münasibətdə bu cür münasibətin olması məyusedicidir. Üstəlik, kimdən, axı bu, önəmlidir. Konstitusiyanı qoruyan ilk şəxs prezident olmalıdır və onun etdikləri inanılmazdır. O, hər şeyin üstündən birbaşa xətt çəkdi, onun üçün heç bir qanun və ya konstitusiya yoxdur. Belə hallar olub, hətta məhkəmə onu konstitusiyanı pozmaqda ittiham edib. Bu insan bu münasibəti davam etdirir. Müvafiq olaraq, dinlədiyimiz bəyanat bizə imkan yaradacaq ki, o, prezidentlikdən getdikdə və bilirsiniz ki, o, çox yaxında müddətini sona çatdıracaq, o, sabiq prezident deyil, atılmış prezident olacaq, çünki o, dövlət institutlarını və konstitusiyanı təhqir etdi. Onun səfərləri də konstitusiya pozuntusudur. Hökumətin və baş nazirin icazəsi olmadan onun haqqı yoxdur. Əgər biz öz qərarlarımızla hərəkət ediriksə, baş nazirin etməsi gərəkəni mən edirəmsə, parlamentin sədri prezidentin etməsi gərəkəni edirsə, o zaman konstitusiya nəyə lazımdır. Əgər belə çaşqınlıq olmalıdırsa, onda konstitusiya və ya qanunlar nəyə lazımdır?! Onlar nə üçündür – onu əməl etmək və dövlətə hörmət etmək üçün” – Kaxa Kaladze bildirib.
Gürcüstan Prezidentinin müxalifətin qalib gələcəyi təqdirdə “Şəffaflıq qanunu”nun ləğvi ilə bağlı bəyanatına gəlincə, Kaxa Kaladze bu ehtimalı istisna edir və seçkilərdə hakim gücün yenidən qalib gələcəyini bildirir.
“Müxalifətin seçkilərdə qalib gəlmək şansı sıfırdır, mümkün deyil, sadəcə olaraq ağlasığmazdır və təbiətdə mövcud deyil, nəzəri cəhətdən imkansız və ağlasığmazdır, bu haqda indi müzakirə aparmayaq, izahatlar verməyək və şərh etməyək. “Gürcü Arzusu” konstitusiya çoxluğunu qazanmaq üçün real imkana malik komandadır” – Kaxa Kaladze qeyd edib.