Kaxa Kaladze – sabahdan fəal seçki kampaniyasına başlayıram

20:33, 17.10.2021

Opponentlərin planları maraqlandırmır, mənim üçün önəmlidir Tbilisililərə açıqlayın, Tbilisinin inkişafını necə planlaşdırıram. Sabahdan fəal seçki kampaniyasına başlayıram, – bu barədə “Gürcü Arzusu” partiyasının Tbilisi merliyinə namizədi, Kaxa Kaladze jurnalistlərə bəyan etdi.

Elə onun dediyinə görə, ictimaiyyəti siyasətçilərin partiya maraqları deyil, şəhər üçün əhəmiyyəli gələcək layihələri və problemlərin həlli yolları maraqlandırır.

“Səmimi olaraq deyirəm, opponentlərin planları maraqlandırmır. Mənim üçün önəmlidir, mən nəyi planlaşdırıram, şəhəri növbəti dörd il ərzində necə görürəm – hansı layihələr həyata keçirilməlidir, hansı məhəlləyə, hansı keçələrə, hansı parklara reabilitasiya edilməlidr. İctimaiyyəti bu maraqlandırır. Bu barədə danışırdım bütün seçkiqabağı kampaniyası zamanı və indi də belə davam etdirməyi planlaşdırıram, ona görə ki, ictimaiyyətə daha artıq məlumat çatdıram ki, bilsinlər, nə istəyirik, baxışımız necədir, çəhərimizin necə olmasını istəyirik, dörd il ərzində nə etməliyik”, – Kaladze qeyd etdi.

Oxşar