Kaxa Kaladze Saakaşvilinin bəyanatı barəsində – gözləyirəm, bazar ertəsinə qədər feysbuk və televizordan uzaqlaşmayacam, xahiş etmək istəyitəm, birbaşa efirdə göstərəsiniz

15:50, 05.09.2021

Gözləyirəm, indi gedirəm, evdə oturacam, bazar ertəsinə qədər feysbuk və televizordan uzaqlaşmayacam, – bu barədə jurnalistlərlə söhbəti zamanı Tbilisi meri, Kaxa Kaaldze bəyan etdi və bununla Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin feysbuk postuna əks səda verdi. Postda yazılmışdı ki, “Bazar ertəsinə qədər öz planları və Gürcüstanda cari proseslərə bilavasitə qoşulması barəsində bəyanat verəcək”.

“Gözləyirəm. Bax indi gedirəm, evdə oturacam, bazar ertəsinə qədər feysbuk və televizordan uzaqlaşmayacam. Xahiş etmək istəyirəm və sizə də müraciət edirəm ki, birbaşa efirə buraxasınız ki, görəm”, – Kaxa Kaladze qeyd etdi.

 

Oxşar