Kaxa Kaladze rəsmi səfərlə Budapeştə gedəcək
Kaxa Kaladze rəsmi səfərlə Budapeştə gedəcək

1–2 dekabr tarixlərində Tbilisi meri Kaxa Kaladze, nümayəndə heyətinin üzvləri ilə birlikdə, rəsmi səfərlə Macarıstanın paytaxtı Budapeştə gedəcək. Məlumatı Tbilisi meriyası yayıb.

Paytaxt meriyasının məlumatına görə, Kaxa Kaladze Macarıstanın xarici işlər naziri Peter Siyyarto ilə görüş keçirəcək.

Tbilisi meri həmçinin Avropa şəhərlərinin urban inkişafına həsr olunmuş konfransda iştirak edəcək və konfrans iştirakçılarına müraciətlə çıxış edəcək.

Kaxa Kaladze ilə birlikdə nümayəndə heyətinin tərkibində Gürcüstan Parlamentinin üzvləri, eləcə də Tbilisi meriyasının Nəqliyyat və Urban İnkişaf Agentliyinin rəhbəri Nino Baqaşvili olacaq.