Kaxa Kaladze - Rəqiblər haqda danışmağa heç bir marağım yoxdur, əhali ilə danışıram
Əlimiz nəbzdədir və bütün çağırışlara necə cavab verməyi və bu gün paytaxtda mövcud olan bütün problemləri necə aşacağımızı bilirik – bu barədə Tbilisinin meri Kaxa Kaladze jurnalistlərə deyib.
O bildirib ki, müxalifətin merliyə vahid namizədi haqda danışmağa marağı yoxdur.
“Rəqiblər haqda danışmağa heç bir marağım yoxdur. Əhali ilə, Tbilisidə yaşayan insanlarla danışıram, gördüyümüz layihələrdən, eləcə də gələcək üçün planlaşdırılan layihələrdən danışıram. Şəhər üçün çoxlu həyati əhəmiyyətli layihələrin həyata keçirilməsinə baxmayaraq, Tbilisidə çox sayda olan çağırışlar və problemlər barədə danışmaqdan çəkinmirik. Tbilisidə qədimliyinə görə çoxlu problemimiz var.
Bir çox insan ola bilsin bu problemləri görə bilmir, fərqinə varmır, lakin əlimiz nəbzdədir və bütün çağırışlara necə cavab verməyi və bu gün paytaxtda mövcud olan bütün problemləri necə aşacağımızı bilirik” – paytaxtın meri Kaxa Kaladze bildirib.