Kaxa Kaladze Qldanidə yaşayan 21 ailəyə mülkiyyət sənədlərini verdi
Kaxa Kaladze Qldanidə yaşayan 21 ailəyə mülkiyyət sənədlərini verdi

Tbilisi Meriyasının təşəbbüsü ilə, vətəndfaşlar üçün yaşayış sahələrinin qanuniləşdirilməsi davam edir. Bu dəfə, paytaxt meri, Kaxa Kaladze Qldanidə yaşayan 21 ailəyə mülkiyyət sənədlərini verdi.

“Qldani rayonunda 21 ailəyə rəmzi qiymətə, bir lariyə mülkiyyət sənədləri verildi. Bu, əhaliyə 2017-ci ildə həyata keçiriləcəyini söz veridyimiz proqramdır və bu gün də uğurla həyata keçirilir. Hələ də oxşar problemlərdən əziyyət çəkən insanlar qalır. Onlar öz rayon Qamqeobalarına müraciət etməlidilər və lazımi sənədlərin toplanmasına kömək edəcəklər. Qeyd etmək lazımdır ki, bizim bu insanlara təhvil verdiyimiz bu əmlak dövlət sahəsidir və məbləğə çevirsək, 2000-dən çox ailəyə 300 milyondan çox əmlak təhvil verilib”, –

Qldanidə yaşayan ailələrə mülkiyyət sənədlərini paytaxtın meri ilə birlikdə, Əmlak İdarəsi Agentliyinin rəhbəri, İrakli Tavartkiladze və Qldani rayon qamqebelisi, Levan Narouşvili verdilər.