Kaxa Kaladze: Qəzalar və zədələnmələr hər yerdə baş verir, yaxşıdır ki, müvafiq reaksiya vaxtında göstərilib

15:46, 31.07.2026

Kaxa Kaladze: Qəzalar və zədələnmələr hər yerdə baş verir, yaxşıdır ki, müvafiq reaksiya vaxtında göstərilib.

Tbilisi meri Kaxa Kaladze bu barədə Gürcüstan Energetika və Su Təchizatı Tənzimləmə Komissiyasının (SEMEC) 24 və 25 iyul tarixlərində Gürcüstan üzrə elektrik enerjisinin qəza nəticəsində kəsilməsi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Kaladzenin sözlərinə görə, belə hallar istənilən ölkədə baş verə bilər, əsas məsələ vaxtında reaksiya göstərilməsidir.

“Xatırlayıram ki, energetika naziri olduğum dövrdə belə bir hal yaşanmışdı, bütün Gürcüstana elektrik enerjisinin verilişi dayanmışdı. Bu, “İmereti”nin 500 kilovoltluq elektrik ötürücü xətti ilə bağlı idi. Bu tip hallar hər yerdə, o cümlədən Avropa şəhərlərində də baş verir. Təəssüf doğurur, lakin yaxşı haldır ki, müvafiq reaksiya vaxtında göstərildi”, – deyə Kaxa Kaladze bildirib.

SEMEC-in işçi qrupu Gürcüstanda iyulun 24-də baş vermiş elektrik enerjisi kəsintisinin səbəblərinin araşdırılmasının ilkin nəticələrini təqdim edib. Komissiyanın məlumatına görə, iyulun 24-də Gürcüstan enerji sistemi Azərbaycan enerji sistemindən izolyasiya olunub və Gürcüstan Dövlət Elektroenergetika Sisteminin (GSE) ölkə enerji sisteminin dayanıqlığını təmin etmək üçün müvafiq tədbirlər görməsi tələb olunub.

Oxşar