Kaxa Kaladze - Prosesləri izləyirik və prezident Trampı dəstəkləyirik, ümid edirik ki, müharibə də tezliklə bitəcək və "Dərin dövlət" də məğlub olacaq
Prosesləri izləyirik və prezident Trampı dəstəkləyirik, ümid edirik ki, müharibə də tezliklə bitəcək və “Dərin dövlət” də məğlub olacaq – bu barədə paytaxtın meri Kaxa Kaladze mediaya danışıb.
Kaladze bildirib ki “Dərin dövlət” məğlub olarsa, Gürcüstana münasibətdə də münasibətlər tamamilə qaydasına düşəcək.
“Dəfələrlə demişəm və təkrar edəcəyəm ki, prosesləri izləyirik. Donald Tramp ABŞ prezidenti olanda “Dərin dövlət”i məğlub etməyi özünün birinci prioriteti olaraq göstərdi. Müvafiq olaraq, bu gün “Dərin dövlət” məğlub olmayıb. Həmçinin müharibəni bitirmək də onun prioriteti idi və müharibə də hələ bitməyib. Biz prezident Trampı bu konkret istiqamətdə izləyirik və dəstəkləyirik və ümid edirik ki, müharibə də tezliklə bitəcək və “Dərin dövlət” də məğlub olacaq. “Dərin dövlət” məğlub olarsa, əlbətdə, Gürcüstana münasibətdə də münasibətlərə təsir edəcək və qaydasına düşəcək” – Kaxa Kaladze bildirib.