Kaxa Kaladze - "Progress Bank"ın işi üzrə istintaq bizim təşəbbüsümüzlə aparılır, təəssüf ki, müxtəlif məsələlərlə konkret şəxsləri şantaj edən insanlar var
İstintaq hərəkətləri onunla bağlıdır ki, təəssüf ki, müxtəlif məsələlərlə konkret şəxsləri şantaj edən insanlar var, buna görə də istintaq başlayıb və hər kəsə müvafiq cavab veriləcək – bu haqda bu gün Tbilisinin meri Kaxa Kaladze “Progress Bank” ilə bağlı proseslər haqqında jurnalistlərin suallarına cavab olaraq deyib.
Onun sözlərinə əsasən, konkretikadan çəkinəcək, çünki istintaq davam edir.
“Heç bir vətəndaşa aid deyil. Müvafiq istintaq hərəkətləri onunla bağlıdır ki, təəssüf ki, müxtəlif məsələlərlə konkret şəxsləri şantaj edən insanlar var. İstintaq başlayıb və hər kəsə müvafiq cavab veriləcək. İstintaq bizim təşəbbüsümüzlə aparılır” – Kaxa Kaladze bildirib və qeyd edib ki, ictimaiyyət hər şeyi, o cümlədən araşdırmanın mövzusunun nə olduğunu öyrənəcək.
Jurnalistin istintaqla əməkdaşlıq etməyə hazır olub-olmadığı haqda sualına Tbilisinin meri əlavə edib: “Qeyd olunan işlə bağlı istintaqla əməkdaşlıq edəcək heç bir şeyim yoxdur”.