Kaxa Kaladze patriarxın sağlamlıq vəziyyəti ilə tanış olub
Tbilisi meri Kaxa Kaladze Qafqaz Tibb Mərkəzində olub, burada Gürcüstanın katolikos-patriarxı, onun müqəddəsliyi və ucalığı İlya II yerləşdirilib.
Tbilisi meriyasının məlumatına görə, Kaxa Kaladze Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladzedən patriarxın sağlamlıq vəziyyəti ilə bağlı məlumat alıb.
Paytaxt meri həmçinin klinikada toplaşmış din xadimləri və Patriarxlığın nümayəndələri ilə görüşüb və onun müqəddəsliyinə tezliklə sağalma arzulayıb.
İlya II səhhətinin pisləşməsi səbəbindən dünən gecə klinikaya yerləşdirilib. Həkimlərin məlumatına görə, katolikos-patriarx süni tənəffüs aparatına qoşulub.