Kaxa Kaladze – Partlayış baş verən korpusdan hər kəs çıxalırıb, korpusun təhlükəsizliyi isə yoxlanılacaq

14:45, 15.11.2018
Partlayış baş verən korpusdan hər kəs çıxalırıb, korpusun təhlükəsizliyi isə yoxlanılacaq,- bu haqda Tbilisi meri Kaxa kaladze bəyan etdi.

“Partlayış olan korpusdan hər kəs çıxarıldı. Onlar fərqli ünvanlara göndəriləcəklər və bunu Qamqeoba və Paytaxt Meriyası təmin edəcək. Eləcə də, həmin korpusda yaşamağın nə dərəcədə təhlükəsiz olduğunu yolxyacağıq. Əgər əlavə proseslər aparılası olsa bunu yerli hakimiyyət öz öhdəliyinə götürəcək. Ehtiyac olan hər kəsə yardım edəcəyik”, – Kaxa Kaladze bəyan etdi.

Onun dediyinə əsasən, partlayışın əsas səbəbi tezliklə təyin olunacaq.

 

Tbilisidə, Zemo Poniçalada partlayış bu gün baş verdi. Partlayış təbii qazın yığılması nəticəsində oldu və nəticədə 3-cü və 4-cü mərtəbənin dağılması baş verdi.

Partlayış nəticəsində üç insan yaralandı. Yaralanmışlar xəstəxanadadırlar.

Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadzenin bəyanatına əsasən, onların üçüncü-dördüncü keyfiyyətli yanıqları var.

 

Oxşar