Kaxa Kaladze - Özünüidarəetmə seçkilərinin nə qədər vacib olduğunu hər kəs yaxşı başa düşməlidir, paytaxtın inkişafı, hər bir Tbilisi sakininin rifahı ondan asılıdır
“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın Tbilisi merliyinə namizədi Kaxa Kaladze seçkiqabağı kampaniya çərçivəsində partiya fəalları ilə görüşləri davam etdirir. Bu gün Kaladze Qldani, Nadzaladevi, Didube, Çuğureti və İsani rayonlarının partiya ofislərində olub.
Seçkiqabağı mühit və hazırlıqlar, ölkədə gedən proseslər, paytaxtda planlaşdırılan yeniliklər görüşlərin əsas mövzusu olub.
“Özünüidarəetmə seçkilərinin nə qədər vacib olduğunu hər kəs yaxşı başa düşməlidir, paytaxtın inkişafı, hər bir Tbilisi sakininin rifahı məhz ondan asılıdır. Seçicilərimiz qarşısında böyük məsuliyyətimiz var, siz isə gələcək 4 il ərzində həyata keçirməyi planlaşdırdığımız bütün yenilik və planları vətəndaşlara çatdırmalı olan insanlarsınız.
Belə ki, iştirakınız, seçkiqabağı prosesə qoşulmağınız olduqca mühümdür.
Bildiyiniz kimi, ötən illər ərzində Tbilisidə çox sayda əla layihələr həyata keçirdik, hər kəs görür ki, Tbilisinin daha yaşıl, infrastrukturla, yenilənmiş nəqliyyatla və modernləşdirilmiş küçələrlə daha nizamlı olması üçün nə qədər genişmiqyaslı işlər görmüşük, lakin çoxlu çağırışlar qalır və biz birgə səylə, problemi həll etmənin dəqiq biliyi ilə ona cavab verməliyik. Əsas odur ki, arxamızda əhalinin güclü dəstəyi və sırf ölkənin inkişafına, vətəndaşların maraqlarına fokuslanmış siyasi komanda dayanır” – Kaxa Kaladze bildirib.