Kaxa Kaladze - Ölkə qarşısında xəyanətkar əməllər törədən hər kəs cavab verməlidir, bu bizim seçkiöncəsi vədimiz idi
Kaxa Kaladze - Ölkə qarşısında xəyanətkar əməllər törədən hər kəs cavab verməlidir, bu bizim seçkiöncəsi vədimiz idi

 
Ölkə qarşısında xəyanətkar əməllər törədən hər kəs cavab verməlidir – bu haqda paytaxtın meri Kaxa Kaladze xüsusi istintaq komissiyasının yaradılması ilə bağlı bildirib.

Kaladze bildirib ki, “Gürcü Arzusu”nun seçki vədi o idi ki, ölkə qarşısında xəyanətkar əməllər törədən şəxslər müvafiq qaydada cavab verməlidirlər.

“Ölkə qarşısında xəyanətkar əməllər törədən hər kəs cavab verməlidir – bu bizim seçkiöncəsi vədimiz idi. Ölkədə başqa ölkənin maraqlarına xidmət edən siyasi partiyalar olmamalıdır. Təəssüflər olsun ki, bizdə xəyanətkar əməllər törədən müəyyən siyasətçilər və siyasi partiyalar var. Bunun kimin sifarişi ilə edildiyini, kimin maraqlarına xidmət etdiyini bilmirəm, lakin faktlar ortadadır – biz ərazilərimizi itirmişik, mülki insanları, qəhrəman əsgərlərimizi itirmişik, qaçqınlar qəbul etmişik. Bütün bunlara müvafiq cavab vermək lazımdır” – Kaxa Kaladze bildirib.