Kaxa Kaladze – Noyabrın sonunda Rustaveli prospektində təkcə avtomobil yolu açılmayacaq, həm də yeraltı keçidlər, səkilər, yaşıllaşdırma və işıqlandırma dirəkləri ilə birlikdə layihə tam başa çatdırılacaq

11:20, 12.11.2026

 

Tbilisinin meri Kaxa Kaladzenin verdiyi məlumata əsasən, təyin olunmuş vaxtda Rustaveli prospektinin bərpası tam başa çatdırılacaq – təkcə avtomobil yolu deyil, həm də səkilər, yeraltı keçidlər, yaşıllaşdırma, işıqlandırma dirəkləri və digər infrastruktur işləri görüləcək.

Tbilisi Meriyasının mətbuat xidmətinin məlumatına əsasən, mer cari layihə haqda “İmedi Live” verilişində danışıb.

“Bir çox insan bununla əlaqədar yalan və əsassız söz yayırdı. Konkret televiziyalar ictimaiyyəti çaşdırmağa çalışırdılar ki, guya işlər oktyabrda bitməli idi və biz onu noyabrın sonuna qədər uzatmışıq. Təyin olunmuş vaxtda təkcə avtomobil yolu açılmayacaq, həm də bütövlükdə layihə başa çatdırılacaq – avtomobil yolu, yeraltı keçidlər, işıqforlar quraşdırılacaq, səkilər qaydaya salınacaq. Bir şeyi demək istəyirəm: Yeni il günləri gəldiyi üçün Respublika meydanında Yeni il kəndimiz olacaq, Rustaveli prospektində yeni hərəkət sxemləri olacaq, Yeni il tədbirləri bitənə qədər işıqforlar müvəqqəti olaraq qoşulmayacaq, hərəkət adi qaydada mümkün olacaq, çünki düzgün kalibrləmə əldə etmək üçün işıqforların qoşulmasına iki həftə vaxt lazımdır. Müvafiq olaraq, ilkin mərhələdə işıqforlar qoşulmayacaq, lakin layihə başa çatmış olacaq – yaşıllaşdırma, işıqlandırma dirəkləri, piyada yolları və s. Avtobuslar üçün indiyə qədər olduğu kimi müvafiq zolaqlar ayrılacaq” – Kaxa Kaladze açıqlayıb.

Bununla yanaşı, onun sözlərinə əsasən, Rustaveli prospektinin bərpası başa çatdıqdan sonra meriya Respublika meydanının yenilənməsini planlaşdırır.

Oxşar