Kaxa Kaladze – nəqliyyatın məhdudlaşdırlması qərarını koordinasiya şurası qəbul etdi, deyən kimi ki, aça biləri, işləməyə başlayacaq, ən əsas insanın təhlükəsizliyidir
Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, ictimai nəqliyyatın işləməyə başlaması qərarı koordinasiya şurasının rekomendasiyalarına müvafiq olaraq qəbul olunacaq.
Kaladzenin dediyinə görə, qeyd olunan məhdudiyyətin məqsədi, koronavirusa yoluxmanın yüksək göstəricisindən irəli gələrək mobilliyin azaldılması idi.
“İctimai nəqliyyata gəldikdə, bu qərarı koordinasiya şjurası qəbul etdi, oraya da sahənin mütəxəssisləri, müvafiq ekspertlər qatılıblar və imkan verən kimi, deyən kimi ki, bu gün açılma imkanı var, bu qərarı həmin an qəbul edəcəyik.
Bu qərar ümumiyyətlə niyə verildi? Yoluxanların sayı artırdı, bu isə, ciddi problemi təşkil edirdi, çox insan dünyasını dəyişirdi. Müvafiq olaraq, mobilliyin azaldılması mənim əsas məqsədim və hədəfim idi. Bu gün göstəricilər aşağı düşüb, deyəndə ki, nəqliyyat açılsın, həmin an işləməyə başlayacaq. Başa düşürəm çox çətindir, lakin ən əsas insanların həyatı və sağlamlığı təhlükəsizliyidir”, – Kaladze jurnalistlərə bəyan etdi.