Kaxa Kaladze - Munisipalitet Tvalcrelidze küçəsi N1 ünvanında yaşayan 9 ailəyə kirayə mənzillə təminat təklif etdi, onlardan yalnız ikisi bizimlə razılaşdı
Kaxa Kaladze - Munisipalitet Tvalcrelidze küçəsi N1 ünvanında yaşayan 9 ailəyə kirayə mənzillə təminat təklif etdi, onlardan yalnız ikisi bizimlə razılaşdı

 

Tbilisinin meri Kaxa Kaladze Tvalcrelidze küçəsi N1 ünvanında yaşayan vətəndaşlardan doqquz ailənin Tbilisidə qeydiyyatda olduğunu və munisipalitetin onlara kirayə mənzillə təminat təklif etdiyini bildirir.

O, Tvalcrelidze küçəsi N1 ünvanında yerləşən bina-tikililərin qəzalı vəziyyətdə olması və əhalinin köçürülməsi barədə Milli İcra Bürosu tərəfindən yayılmış məlumatı şərh edərkən belə deyib.

Paytaxt merinin izah etdiyi kimi, Tbilisidə qeydiyyatda olan 9 ailədən yalnız ikisi munisipalitetin təklifi ilə razılaşıb, qalanları isə kirayə mənzilə çıxmaqdan imtina ediblər.

“Meriya ilə bağlı çoxlu ittihamlar səsləndi, lakin paytaxt munisipalitetinin bununla heç bir əlaqəsi yoxdur. Bu, şəxsi mülkiyyət idi və hüquqi çəkişmələr də davam edirdi. Qəzalı vəziyyətdə olan və boşaldılmağa ehtiyac duyan qeyd olunan bina-tikiliyə müəyyən sayda insan daxil olmuşdu. Bu, kiminsə sizin evinizə daxil olması və orada məskunlaşması ilə eynidir. Bundan başqa, binanın sahibi məhkəməni qazanıb, bina qəzalı vəziyyətdədir və vətəndaşların təhlükəsizliyindən irəli gələrək, onlar evdən çıxarılacaqlar.

Tbilisidə qeydiyyatda olan doqquz ailə var. Munisipalitet onlara kirayə mənzillə təminat təklif etdi. İkisi artıq razılaşıb və munisipalitetin təkliflərindən faydalanır, qalanları isə qeyd olunan təkliflə razılaşmayıb. Birbaşa deyə bilərəm ki, bu, munisipalitetin məsələsi deyil, icra məsələsidir və köçürülmə gedir. Məhkəmə işi udub və onun icrası gedir” – Kaxa Kaladze bildirib.