Kaxa Kaladze - Müxalifətin planları və namizədləri haqqında danışmaq istəyim yoxdur, biz xalqla danışırıq
Müxalifətin planları və namizədləri haqqında danışmaq istəyim yoxdur, biz xalqla danışırıq və paytaxtda konkret layihələr həyata keçiririk – Tbilisi meri Kaxa Kaladze özünüidarəetmə seçkilərində müxalifətin ehtimal olunan ümumi namizədi ilə bağlı jurnalistin sualına belə cavab verir.
O bildirib ki, “Gürcü Arzusu” real olaraq bütün çağırışlara ləyaqətlə cavab vermək gücünə malik olan komandadır.
“Müxalifətin planları və namizədləri haqqında danışmaq istəyim yoxdur. Buna dair marağım yoxdur. Biz xalqla danışırıq, paytaxtda konkret layihələr həyata keçiririk. Bizim gözəl Tbilisimiz üçün çox yaxşı işlər görmüşük, lakin əlbətdə, ciddi çağırışlar var, həllə ehtiyac duyan problemlər var. Tbilisi köhnə infrastrukturu, kommunikasiyaları ilə çox qədim şəhərdir və bütün bunlar diqqət, nizama salma tələb edir. “Gürcü Arzusu – Demokratik Gürcüstan” real olaraq Tbilisi ilə bağlı bütün çağırışlara və problemlərə ləyaqətlə cavab vermək gücünə malik olan komandadır” – Kaxa Kaladze bildirib.