Kaxa Kaladze - Müxalifətin nümayəndələri həyata keçirilməsi mümkün olmayan vədlər əgər versələr, izahat verməlidirlər
Paytaxtın meri Kaxa Kaladzenin bəyanatına əsasən, o, müxalifət haqqında danışmaq istəmir və onların gündəliyi ilə maraqlanmır, lakin onlar seçkiqabağı real olmayan vədlər əgər versələr, izahat da verməlidirlər.
Kaladzenin jurnalistlərlə söhbətində qeyd etdiyi kimi, onun Tbilisi əhalisi ilə planlaşdırılan mühüm yeniliklər barədə danışacağı çox şey var və o, “Lelo – Güclü Gürcüstan” və “Qaxaria Gürcüstan Naminə”nin arasındakı qarşıdurma haqqında danışmaqda maraqlı deyil.
“Müxalifətdən danışmaq istəmirəm. Bir daha təkrarlayıram, bizim əhali ilə, Tbilisi əhalisi ilə danışacağımız çox şey var. Qeyd olunan partiyalara gəlincə, onlar öz namizədlərini irəli sürüblər və əgər onlar əvvəlcədən məğlubiyyətə məhkum olduğunu və həyata keçirilməsinin imkansız olduğunu bildiyimiz vədlər versələr, bu izahatla müşaiyət olunmaldır, haradan, necə. Munisipalitetin rəhbəri, şərti olaraq, mən, Kaxa Kaladze, Tbilisinin meri pensiyanın məbləğini necə dəyişə bilərəm? Axı, bu, çox böyük yalandır və axı, bu, inanılmazdır. Hansısa munisipalitetin rəhbərinin pensiyanın məbləğini artıra və ya azaltması imkansızdır. Bu, çox böyük yalan və dezinformasiyadır” – Kaladze jurnalistin sualına cavab olaraq deyib.
O bildirib ki, müxalifətin nümayəndələri özləri izahat verməlidirlər.
“Mən onların qarşıdurması barədə danışmaq istəmirəm, özləri izahatlar versinlər, onların gündəliyi məni qətiyyən maraqlandırmır. Görürsünüz ki, kampaniyaya başlamışıq, gündəlik görüşlər gedir, paytaxt əhalisinə mühüm, maraqlı yeniliklər vəd edirik. Son səkkiz il ərzində çox gözəl layihələr həyata keçirmişik. Bu, reallıqdır və reallıqdan danışmaqdan utanmamalıyıq, lakin, eyni zamanda çox sayda problem və çağırış olduğunu deyirəm. Tbilisi özünün qəzalı binaları, köhnəlmiş yeraltı infrastrukturu ilə çox qədim şəhərdir və bütün bunlar nizama salınasıdır. Bütün bunları edə biləcək, vətəndaşlarımıza rifah və xeyirxahlıq gətirə biləcək yeganə komanda və qüvvə “Gürcü Arzusu”dur” – Kaxa Kaladze bildirib.