Kaxa Kaladze - Milli kimliyimizin sarsılmazlığının rəmzinə çevrilmiş 26 May münasibətilə sizi təbrik edirik, müstəqillik heç vaxt güzəştə gedilməyəcək
Kaxa Kaladze - Milli kimliyimizin sarsılmazlığının rəmzinə çevrilmiş 26 May münasibətilə sizi təbrik edirik, müstəqillik heç vaxt güzəştə gedilməyəcək

 

Tbilisinin meri Kaxa Kaladze Azadlıq meydanında hərbi qulluqçuların andiçmə mərasimində iştirak edib və ölkə əhalisini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.

O bildirib ki, 26 May Gürcüstanın müstəqilliyi uğrunda mübarizədə ən qiymətli şeyi, öz həyatlarını qurban vermiş gürcü qəhrəmanların nailiyyətidir.

“Qələbənin, azadlığın və milli kimliyimizin sarsılmazlığının rəmzinə çevrilmiş 26 May – Gürcüstanın Müstəqillik Günü münasibətilə sizi təbrik edirik. Bu gün Gürcüstanın müstəqilliyi uğrunda mübarizədə ən qiymətli şeyi, öz həyatlarını qurban vermiş gürcü qəhrəmanların nailiyyətidir. Həmçinin, vətənə öz sonsuz zəhməti, bilik və peşəkarlığı ilə xidmət edən bütün vətənpərvər insanların nailiyyətidir. Bu gün də ölkəmiz məhz bu cür vətənpərvər insanların üzərində dayanır, bu isə hər kəsin eşidəcəyi şəkildə deməyə bizə əsas verir – Gürcüstanın müstəqilliyi heç vaxt güzəştə gedilməyəcək. Yaşasın azad, müstəqil Gürcüstan! 26 May münasibətilə təbrik edirik” – Kaxa Kaladze bildirib.

Paytaxtın meri Müstəqillik Gününə həsr olunmuş tədbirə xanımı ilə birlikdə qatılıb.