Kaxa Kaladze - Mixeil Saakaşvili gəlsə, buna reaksiya veriləcək, ou müvafiq xidmətlər qarşılayacaq
Kaxa Kaladze - Mixeil Saakaşvili gəlsə, buna reaksiya veriləcək, ou müvafiq xidmətlər qarşılayacaq

Paytaxt meri Kaxa Kaladze bildirib ki, Mixeil Saakaşvili gəlsə, müvafiq reaksiya veriləcək.

Kaxa Kaladzenin qeyd etdiyi kimi, Mixeil Saakaşvilinin gəlib -gəlməyəcəyi heç də maraqlı deyil.

“Biz gözləyirik. İnsanlar açıq şəkildə bunu salamlayır, gəlişini alqışlayır və müvafiq xidmətlər onu qarşılayacaqlar. Mixeil Saakaşvilinin gəlib -gəlməyəcəyi heç də maraqlı deyil. Gələcək – bunun ardınca müvafiq reaksiya gələcək və görəcəyik. Siyasi gündəm yoxdur. Ölkə yaşamağa davam edəcək, bir çox layihələr planlaşdırılır. Tbilisidə yenidənqurma və iş yerlərinin inkişafı olacaq. İnsanlar bununla maraqlanır və Mixeil Saakaşvili gələcək, bu ondan asılı deyil. Gəlməyinə çox şad olarıq, çünki törətdiyi cinayətlərə görə cavab verməli olacaq ”, – Kaxa Kaladze bildirib.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən video müraciətində Gürcüstana gəlişi ilə bağlı bəyanat verib.

“2 oktyabr axşamı üçün sizinlə birlikdə Tbilisidə olmaq və iradənizi qorumaq, iradənizi ifadə etmək və Gürcüstanı xilas etməkdə sizinlə iştirak etmək üçün bilet aldım” dedi Saakaşvili.