Kaxa Kaladze merliyə namizədlərə narko-testdən keçməyi təklif edir
Təşəbbüs irəli sürürəm ki, merliyə namizədlər narko-test verək ki, nə qədər təmiz olduğumuzu ictimaiyyətə göstərək, – bu barədə Tbilisi meri, Kaxa Kladze bəyan etdi.
Onun dediyinə görə, özü narko-testdən bazar ertəsi, 6 sentyabrda keçəcək.
“Ümumiyyətlə, bu istiqamətlə təbliğat çox əhəmiyyətlidir ki, “narkotik öldürür” və “rədd olsun narkotik”. Sadəcə olaraq, bu qanunda niyə nəzərdə tutulmayıb bilmirəm. Parlamentdə, deputatlığa namizədlərin buna öhdəliyi var ki, narkoloji sənəd təqdim etsinlər. Merliyə namizədlətin niyə yoxudur, bilmirəm. Müvafiq olaraq, birinci mən olacam. Təşəbbüs irəli sürürəm ki, merliyə namizədlər narko-test verək ki, nə qədər təmiz olduğumuzu ictimaiyyətə göstərək”, – Kaladze bəyan etdi.