Kaxa Kaladze meriyanın Ponicalada partlayış nəticəsində zərər çəkmiş binada yaşayan 28 ailəni mehmanxanalara yerləşdirəcəyini bildirir

17:15, 19.11.2026

 

Tbilisinin Meriyası Ponicalada partlayış nəticəsində zərər çəkmiş binada yaşayan 28 ailəni mehmanxanalara köçürür.

Hadisə yerində olan paytaxtın meri Kaxa Kaladzenin jurnalistlərə açıqladığı kimi, yüzdən çox insan altı mehmanxanada yerləşdiriləcək.

O, müvafiq xidmətin Samxarauli adına Milli Ekspertiza Bürosu ilə birlikdə binanın dayanıqlığının yoxlanılmasını başa çatdırdığını bildirib.

“Yalnız iki blok problemlidir — bilavasitə partlayan blok, eləcə də onun yanındakı blok. Geridə qalan bütün korpus yaşayış üçün yararlıdır və insanlar yaşamağa davam edə bilərlər. Biz əvvəldən bütün binada yaşayan 90 ailəni çıxarıb mehmanxanaya yerləşdirməyə hazır idik, lakin buna ehtiyac yoxdur. Yalnız 28 ailədən söz gedir, bilavasitə ünsiyyətdə olduğumuz yüzdən çox insan var və hamısı razılıq verib. Bu insanlar müxtəlif mehmanxanalar üzrə bölünəcək, zəruri və lazım olan hər cür yardım bizim tərəfimizdən göstəriləcək” — Tbilisinin meri açıqlayıb.

O, bütün qurumların və meriyanın müvafiq xidmətlərinin hadisə yerində olduğunu, texnikanın səfərbər olunduğunu və işlərin aparıldığını bəyan edib.

Ponicalada yaşayış binasında bu gün qaz partlayışı dağıntıya səbəb olub. Bədbəxt hadisə nəticəsində xəsarət alan dörd nəfər klinikalara yerləşdirilib, yeddi nəfərin isə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Oxşar