Kaxa Kaladze - Merabişvili və Xabeişvili qarşıdurma, inqilab istəyirlər, ölkəyə destabilizasiya daxil etmək heç kimdə alınmayacaq, hər şeyə qanun çərçivəsində cavab veriləcək
Kaxa Kaladze - Merabişvili və Xabeişvili qarşıdurma, inqilab istəyirlər, ölkəyə destabilizasiya daxil etmək heç kimdə alınmayacaq, hər şeyə qanun çərçivəsində cavab veriləcək

“Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladzenin bəyan etdiyinə görə, sözsüz ki, “Milli Hərəkatda” qarşıdurma var.

“İstəmirəm nəsə disskusiyaya daxil olum, bu onların işidir, lakin aydındır ki, qarşıdurmaları var”, – Kaladze bəyan etdi.

Kaxa Kaladzenin dediyinə görə, Merabişvili və Xabeişvili ölkədə inqilab istəyirlər. Kaladzenin qeyd etdiyi kimi, ölkəyə destabilizasiya daxil etmək heç kimdə alınmayacaq.

“Merabişvili və Xabeişvili keçmişdə qalıblar və 2003-cü il ideologiyası, ideaları ilə istəkləri var ki, ölkədə nəsə dəyişsinlər, qarşıdurma, inqilab, devriliş və sair yaratsınlar. Mənə inanın, ölkəyə destabilizasiya daxil etmək heç kimdə alınmayacaq. Ola bilsin buna kiminsə istəyi var, nəsə çalışırlar, edirlər, lakin hər şeyə qanun çərçivəsində cavab veriləcək”, – Kaladze qeyd etdi.