Kaxa Kaladze – Meraba qarşı belə hərəkət heç nəyə sığmır – nə idman ləyaqətinə, nə kişiliyə, nə də insanlığa, Merab, sənin yanındayıq
Meraba qarşı belə hərəkət heç nəyə sığmır – nə idman ləyaqətinə, nə kişiliyə, nə də insanlığa – bu barədə Tbilisinin meri, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze sosial şəbəkədə yazır.
Kaladzenin sözlərinə əsasən, bu, tamamilə qəbuledilməz və utancverici davranışdır.
“Meraba qarşı belə hərəkət heç nəyə sığmır – nə idman ləyaqətinə, nə kişiliyə, nə də insanlığa. Bu, tamamilə qəbuledilməz və utancverici davranışdır! Merab, sənin yanındayıq!” – Kaxa Kaladze “İnstagram”da yazır.
Gürcü döyüşçü Merab Dvalişvili sosial şəbəkədə video paylaşaraq bildirib ki, Əbu-Dabidə RAF üçün müsahibə yazdırdığı vaxt dağıstanlı döyüşçü Usman Nurmaqomedov və onun dostları qəfil ona hücum ediblər. Qarşıdurma nəticəsində Dvalişvili və dostu xəsarətlər alıblar.