Kaxa Kaladze - mənim uğurumun arxasında həmişə güclü komanda dururdu
Seçkiqabağı marafonda sözsüz ki, mənim ad və soyadım səslənəcək, lakin istəyirəm biləsiniz ki, Kaxa Kaladzenin arxasında peşəkarların böyük komandası durur, – bu barədə Kaxa Kaladze Tbilisi merliyinə “Gürcü Arzusu” tərəfindən onun namizədliyinin adlandırılması zamanı bəyan etdi.
“Bu mənim siyasi komandamdır, hansı da bu illər ərzində mənim hər bir başladığımı işin belini bərkidirdi. Bu həmçinin Tbilisi Meriyası komandasıdır – mənim müavinlərim, xidmət rəhbərləri, icra başçıları, Sakrebulo üzvləri, və minlərcə əməkdaşlar. Bu insanlar tez-tez görünmürlər, lakin onların etdiyi işlər görünürlər.
Bu gün bizimlədir metro maşinisti, avtobus sürücüsü, təmizlik işinə baxan, bağban, meriya əməkdaşları, hansılar da hərgünlük olaraq Tbilisi və Tbilisililərin qayğısına qalırlar. Tbilisi sevgisinə və fədkar əməklərinə görə onlara təşəkkürlər”, – Tbilisi merliyinə namizəd bəyan etdi.