Kaxa Kaladze “Mənim səsim” monitorinq missiyasının bəyanatını yalan və təxribat adlandırır
Yalan və adi təxribatdır – paytaxtın meri Kaxa Kaladze “Mənim səsim” monitorinq missiyasının dövlət qulluğunda çalışan şəxslərdən ailə üzvlərinin şəxsi nömrələrinin istənilməsi ilə bağlı bəyanatını belə qiymətləndirir.
Kaxa Kaladzenin bəyanatına əsasən, ATƏT/DTİHB-nin rəyində seçkiöncəsi vəziyyət təfərrüatlı şəkildə göstərilib və seçkiöncəsi dövrün rahat keçdiyi görünür.
“Biz bu insanların kim olduğunu axı bilirik – bu gün cəmiyyətə özünü ölkənin düşməni kimi təqdim edən o radikal qruplaşmanın sıravi fəalları. Nə “Mənim səsim”, nə faktlar, nəyin faktları?! Budur ATƏT/DTİHB-nin rəyi dərc olundu, orada hər şey təfərrüatlı şəkildə verilib. Mən 2012-ci ildən seçkilərdəyəm və belə bir rəy birincidir. Həmişə polemikalar, müəyyən problemlər olub, bizdə ölkədə belə dinc seçki olmayıb və kimsə “Mənim səsim”, “Dostun səsi”, “Əmioğlunun səsi” cəfəngiyyat danışır. Bu yalandır və adi spekulyasiyadır” – Kaxa Kaladze bildirib.