Kaxa Kaladze - Korrupsiyaya qarşı mübarizəni təqdir edirik, müvafiq qurumların konkret addımlar atması xoşdur
Kaxa Kaladze - Korrupsiyaya qarşı mübarizəni təqdir edirik, müvafiq qurumların konkret addımlar atması xoşdur

 

Tbilisinin meri Kaxa Kaladzenin bəyanatına əsasən, korrupsiya bütün dünya üçün çağırışdır və ona qarşı mübarizə çox vacibdir.

Kaladze bu haqda jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəisi Qriqol Liluaşviliyə qarşı davam edən istintaqla bağlı verilmiş suala cavab olaraq deyib.

“Müvafiq qurumdan eşitdiklərimizdən artıq bir şey deyə bilmərik. İstintaq bütün istiqamətlərdə aparılır. İstintaqın maraqlarından irəli gələrək, əlavə bir şey deyə bilməyəcəm. İstintaqı gözləyək və bütün suallara cavab veriləcək. Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizəni təqdir edirik. Bu, ən vacib istiqamətlərdən biridir. Bu, bütün dünyada çağırışdır və əlbətdə, xoşdur ki, müvafiq qurumlar konkret addımlar atırlar ki, bunun qarşısı alınsın və əgər kimsə nəsə cinayət törədibsə, müvafiq tədbirlər görülsün” – Kaxa Kaladze bildirib.