Kaxa Kaladze – Konstitusiya Məhkəməsinə konkret partiyaların ölkəyə qarşı fəaliyyət göstərdiyinə, nələr törətdiklərinə dair arqumentlər təqdim etdik, lakin qarşı arqumentlər eşidə bilmədik

23:06, 06.11.2026

 

 

Tbilisinin meri Kaxa Kaladze hesab edir ki, müxalifət partiyalarının qadağan olunması ilə bağlı qərarı bilavasitə Konstitusiya Məhkəməsi qəbul etməlidir.

Onun müvafiq suala cavabında qeyd etdiyi kimi, məhkəməyə və ictimaiyyətə konkret siyasi qüvvələrin dövlətəleyhinə fəaliyyətlə məşğul olduğuna dair möhkəm arqumentlər təqdim olunub.

“Bunu Konstitusiya Məhkəməsi həll etməlidir. Qərara müdaxilə etməyə heç bir hüququmuz yoxdur. Biz məhkəməyə və ictimaiyyətin böyük hissəsinə qeyd olunan partiyaların düşmənçilik fəaliyyəti göstərdiyinə, ölkəyə qarşı atılan addımlarda, bədxahlıqda pay sahibi olduqlarına dair konkret arqumentlər təqdim etdik. Əlbəttə ki, siyasətçi adlanırsansa və siyasi partiyanı təmsil edirsənsə, ilk növbədə öz xalqına və ölkənə xidmət etməlisən” – Kaxa Kaladze açıqlayıb.

Onun qiymətləndirməsinə əsasən, təqdim olunmuş sübutların müqabilində opponentlər tərəfindən heç bir qarşı arqument səsləndirilməyib.

“Biz bu siyasətçilərin və siyasi partiyaların haradan və necə idarə olunduqlarını yaxşı bilirik. Cinayət şəklində nələr etdikləri məhkəməyə sadəcə şifahi söhbətlərlə deyil, arqumentlərlə təqdim olundu, lakin qarşı arqumentlər eşidə bilmədik. Yalnız və yalnız siyasi bəyanatlar görürdük” – Tbilisinin meri qeyd edib.

Kaxa Kaladzenin şərhini Tbilisinin Meriyası yayır.

Oxşar