Kaxa Kaladze - Komandamızın bu ölkə üçün nə etdiyini və nə üçün etdiyini dəqiq bilirəm, onu da bilirəm ki, tarix buna düzgün qiymət verəcək
Kaxa Kaladze - Komandamızın bu ölkə üçün nə etdiyini və nə üçün etdiyini dəqiq bilirəm, onu da bilirəm ki, tarix buna düzgün qiymət verəcək

 
Komandamızın bu ölkə üçün nə etdiyini və nə üçün etdiyini dəqiq bilirəm və onu da dəqiq bilirəm ki, tarix buna düzgün qiymət verəcək – bu haqda Tbilisinin meri Kaxa Kaladze sakrebuloda digər məsələlərlə yanaşı, ölkədə son vaxtlarda inkişaf etmiş hadisələrə də toxunduğu cari ilin fəaliyyət hesabatını təqdim edərkən bildirib.

Paytaxt merinin qeyd etdiyi kimi, Gürcüstan çox tezliklə Avropanın qapısını güclənmiş, dinc və çox daha güclü açacaq.

“Biz bu gün işlə bağlı çox danışdıq. Həmçinin, təəssüf ki, paytaxtda əvvəlki günlər ərzində baş verənləri də şərh edəsi oldum. Əlimizdən heç nə gəlmir, təəssüf ki, bu gün vəziyyət belədir. Mən bu şəhər üçün nə və nə üçün etdiyimizi dəqiq bilirəm; Komandamızın bu ölkə üçün nə etdiyini və nə üçün etdiyini dəqiq bilirəm; Mən dəqiq bilirəm ki, bu gün bir-birimizi hansı epitetlərlə çağırmağımızdan, bir-birimizə yönəlik hansı bəyanatlar verməyimizdən asılı olmayaraq, tarix buna düzgün qiymət verəcək. Əlbətdə, tarix hər şeyə düzgün qiymət verəcək. Bütün bunlar keçəcək, hər şey çoxlarının düşündüyündən də tez yoluna qoyulacaq və Gürcüstan çox tezliklə Avropanın qapısını güclənmiş, dinc və çox daha güclü açacaq. Gürcüstan Avropanın bir hissəsi olacaq, Tbilisi əsl Avropa paytaxtı olacaq. Fürsətdən istifadə edərək əhalimizi qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək, onlara ilk növbədə sülh, qələbə və firavanlıq arzulamaq istəyirəm” – Tbilisinin meri bildirib.