Kaxa Kaladze – hər kəs unutmasın ki, ölkədə qarışıqlıq yaratma hüququ heçkəsə verilməyəcək, qanuna qarşı addım atıldığı an müvafiq reaksiya baş verəcək.

12:03, 17.10.2018
“Milli hərəkat” 2018-ci ilin 19, 20 və 21 oktyabr tarixlərində Tbilisidə, Azadlıq meydanı və Rustaveli prospektində seçki qabağı yürüş etməyi planlaşdırır. Partiya  müvafiq məktubla Tbilisi meriyasına artıq müraciət edib.

Məktubla əlaqədar bu gün paytaxt hökümətinin iclasında Tbilisi meri Kaxa Kaladze danışdı və qeyd etdi ki, Gürcüstanda söz və ifadə azadlığı müdafiə olunur və müvafiq xidmətlər hər şeyin nəzarət altında olmasını təmin edəcəklər.

“25 sentyabrda Tbilisi Meriyasına məktub gəldi ki, “Milli Hərəkat” 2018-ci ilin  19, 20 və 21 oktyabr tarixlərində Tbilisidə, Azadlıq meydanı və Rustaveli prospektində seçki qabağı yürüş etməyi planlaşdırır. Yürüşün 10:00-dan 18:00-a kimi davam edəcəyi qeyd olunur. İştirakçıların 100 min nəfəri olacağı güman edilir. Bu, hərəkət və yerdəyişmədə problemlər yaradacaq. İlk növbədə Gürcüstanda söz və ifadə azadlığı müdafiə olunur və müvafiq xidmətlər hər şeyin nəzarət altında olmasını təmin edəcəklər”, – Kaxa Kaladze bəyan etdi.

Bununla, Tbilisi meri seçki qabağı yürüşün nə ilə əlaqədar olduğu barədə danışdı və “Milli Hərəkat” tərəfindən seçkiqabağı şəraitinin radikallaşdırma cəhdini vurğuladı.

“Heçkəsə icazə verilməyəcək ki, ölkədə destabilizasiya və qarışıqlıq yaratsın. Onlar bu aksiyanı vəziyyəti gərginləşdirmək üçün keçirirlər. İstəyirlər ki, xalq uydurulmuş yazılarla küçələrə çıxsın, lakin, bu alınmayacaq. Bu haqda geniş şəkildə danışa bilməyəcəm, xüsusi xidmətlər ümid varam ki, detalları paylaşacaq”, Tbilisi meri qeyd etdi.

 

Oxşar