Kaxa Kaladze işgüzar səfərlə Çin Xalq Respublikasına gedib
Tbilisi meri Kaxa Kaladze işgüzar səfərlə Çin Xalq Respublikasına gedib.
Tbilisi meriyasının mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Nankin şəhərinin meri Li Çonq Çun ilə görüş keçiriləcək.
Tbilisi meri nümayəndə heyətinin üzvləri ilə birlikdə dünyanın ən böyük metro vaqonları istehsalçılarından biri olan CRRC şirkətinə də baş çəkəcək. Burada şirkətin direktoru Sun Yonqtsay ilə görüş keçiriləcək və Tbilisi üçün nəzərdə tutulan metro vaqonlarına baxış keçiriləcək.
Tbilisi meri ilə birlikdə nümayəndə heyətinin tərkibində Tbilisi Nəqliyyat Şirkətinin direktoru Giorgi Şarkovi də yer alır.