Kaxa Kaladze – İnanıram ki, Tbilisi daim “xeyirlə dolu şəhər” olacaq, xeyirin bizi birləşdirdiyi yerdə gələcək qurulur
Yeni ilin gəlişi hər zaman xüsusi emosiyalarla əlaqələndirilir. Bu, bütün dünyanı ortaq məqsəd və arzularla bir yumruq kimi birləşdirən bayramdır – Yer üzündə sülhün olması və insanların qəlbində daha çox sevginin yaşaması, – bu barədə Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Yeni il təbrikində deyilir.
Kaladzenin qeyd etdiyinə görə, Yeni il ən xeyirxah bayramdır; həmrəylik, dəstək, ehtiyacı olanlara yardım, bir-birinə qarşı istilik və sevginin ifadə olunduğu gündür.
“Bu gün dünya daha xeyirxah olur. Arzu edək ki, bu ovqat təkcə Yeni il günlərində deyil, ilboyu şəhərimizdə və bütün ölkədə hiss olunsun. Qoy 2026-cı il xeyirlə dolu olsun!!! Dostlar, 2025-ci il çoxsaylı çağırışlar və çətinliklərlə yadda qaldı, lakin eyni zamanda irəliləyiş və inkişaf üçün imkan yaradan mühüm qələbələr də oldu və bu gün cəsarətlə deyə bilərik ki, Gürcüstan elə addımlar atdı ki, bizi heç vaxt geri çəkə bilməyəcəklər.
Bu baxımdan, ötən ilə görə minnətdarlığımı bildirmək istəyirəm; bizə inanan, yanımızda olan, bizi gücləndirən və ölkə sevgisi ilə birləşmiş xalqın iradəsinin nə qədər güclü olduğunu hamıya göstərən insanlara xüsusi təşəkkürümü çatdırıram. Vətənin uğuru və qələbəsindən daha böyük bayram yoxdur, çünki Vətən birdir və yeganədir. Bu təntənəli anlar belə ölkənin gələcəyi və sabahı qarşısında böyük məsuliyyətlə müşayiət olunur. Yeni ilin astanasında sülh və sabitlik, daha çox xeyir və qarşılıqlı hörmət, qayğıya əsaslanan cəmiyyət, inkişaf və rifah, iqtisadi cəhətdən güclü ailələr arzulayaq… İnanıram ki, Tbilisi daim “xeyirlə dolu şəhər” olacaq. Xeyirin bizi birləşdirdiyi yerdə gələcək qurulur. Yeni ilin gəlişi münasibətilə sizi təbrik edirəm. Qoy 2026-cı il ölkəmiz və ailələrimiz üçün xoşbəxt olsun”, – Kaxa Kaladze bildirir.