Kaxa Kaladze – İctimai Yayımçıda dünənki debatlar zamanı hər kəs şəhərin inkişafını kimin necə təsəvvür etdiyini çox yaxşı gördü
İctimai Yayımçının dünənki debatlarında, hər kəs şəhərin inkişafını kimin necə gördüyünü, dörd ildə paytaxtı necə təsəvvür etdiyini çox yaxşı gördü, – dedi paytaxt meri Kaxa Kaladze.
Onun sözlərinə görə, oktyabrın 2 -də Tbilisi əhalisi özlərinə uyğun seçim edəcək.
“İnsanlar Tbilisidən başqa hər şeyi danışırdılar. Cəmiyyət, əlbəttə ki, 2 oktyabrda düzgün və şəhərə müvafiq qərar verəcək ki, şəhər qalib gəlsin, inkişaf və quruculuq davam etsin “dedi Kaladze.
Dünən Gürcüstanın Birinci Kanalında Tbilisi merliyinə bütün namizədlər arasında debatlar keçirilib.