Kaxa Kaladze – iqtisadiyyat inkişaf edir, biz ölkəni bağlamadıq və bu düzgün idi

14:59, 31.08.2021

İqtisadiyyat inkişaf edir, biz ölkəni bağlamadıq və bu düzgün idi, – bu barədə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.

Onun dediyinə görə, ölkə bağlı olmayanda iqtisadiyyat inkişaf edir və daha artıq turist daxil olur.

“Ölkə iqtisadiyyatı irəli gedir, iki rəqəmli iqtisadi artəm göstəricimiz var, bu da çox əhəmiyətlidir. Qərar qəbul olundu ki, ölkəni bağlamayacağıq, bu düzgün və əhəmiyyətli idi, çünki paralel olaraq vaksinlər gətirdik və mümkündür vaksinasiya prosesini davam etdirək ki, hamı peyvənd olunsun. O qədər vaksinimiz var ki, əhalimizə yetsin və başqasına da yardım edək. Ölkə bağlı olmayanda iqtisadiyyat inkişaf edir və daha artıq turist daxil olur”, – Kaxa kaladze bəyan etdi.

 

Oxşar