Kaxa Kaladze – həqiqətən kiminsə yaxalanması və həbsxanaya buraxılmasına sevinmirəm, necə ki, Saakaşvilinin rejimi vaxtı konkret ailələrin bədbəxt olamasına sevinmirdim

20:06, 17.10.2021

“Gürcü Arzusu” partiyasının Tbilisi merliyinə namizədi, Kaxa Kaladze bəyan edir ki, Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvili harada olmalıdırsa oradadır, çünki konkret cinayət törədib. Bu barədə Kaxa Kaladze Saakaşvilinin məhbusluğu barəsində verilən suala cavab olaraq bəyan etdi.

“Mixeil Saakşvili konkret cinayət törədib. Mən, bu ölkənin bir vətəndaşı kimi, həqiqətən kiminsə yaxalanması və həbsxanaya buraxılmasına sevinmirəm, necə ki, Saakaşvilinin rejimi vaxtı konkret ailələrin bədbəxt olamasına sevinmirdim; gənclərin qətllərinə sevinmirdim; 26 mayda dama ölmüş insanların cəsədlərinin atılmasına sevinmirdim. Sözsüz ki, bu çox ağır idi”, – Kaladze bəyan etdi.

Elə onun dediyinə görə, Saakaşvili cəzasını çəkdikdən sonra azad olacaq.

“Mixeil Saakaşvili harada olmalıdırsa oradadır, çünki konkret cinayət törədib. Biz son günlərdə eşidirik – “Mişaya Azadlıq”. Mişa cəzasını çəkdikdən sonra mütləq azad olacaq”, – Kaladze qeyd etdi.

 

Oxşar