Kaxa Kaladze – hamıya təsdiq etməliyik ki, biz Tbilisiyə və Tbilisililərə xidmət etməyə layiqik

18:16, 23.10.2021

“Gürcü Arzusu” partiyasının Tbilisi merliyinə namizədi, Kaxa Kaladze tibb sahəsinin nümayəndələri ilə görüşdü və  onlar şəhərin inkişafı, o cümlədən səhiyyə və sosial sahə istiqamətilə öz baxışlarını təqdim edib.

“İsiqamət yoxdur ki, bir neçə mühüm addım atmamış olaq. İstəyirəm bu quruculuq və inkişaf davam etsin. Qarşıdurma, pislik, nifrət dili olmasın, hansı da təəssüflər olsun, ikinci tərəfdən hərgünlüyə keçib. Bütün seçki kampaniyası zamanı yeganə namizəd idim ki, konkret baxışla təqdim olundu, seçki proqramı var idi, Tbilisi və Tbilisinin inkişafı barəsində danışırdı, rayon və məhəllələrə əsasən gələcək planlar barəsində söhbət edirdi. İkinci tərəfdən isə, şər, yalan və pisliklər var idi. Təəssüflər olsun bu indi də davam edir mənim və ailəmə qarşı. Biz bu insanların səviyyəsinə düşə bilmərik və eynisini edə bilmərik, lakin bizim baxışlar və işlərimizlə hamıya təsdiq etməliyik ki, biz Tbilisiyə və Tbilisililərə xidmət etməyə layiqik”, – Kaladze bəyan etdi.

Tbilisi merliyinə namizəd, görüşdə pandemiya ilə mübarizədə göstərdikləri səylərə görə həkimlərə və tibb sahəsinin bütün nümayəndələrinə təşəkkür etdi.

Həkimlərlə görüşdə Səhiyyə naziri Ekaterine Tikaradze və Parlament üzvləri iştirak edirdilər.

Oxşar