Kaxa Kaladze - hakim komanda dialoqa heç bir zaman yox deməyib, beynəlxalq partnyorların qoşulması ilə, danışıqlar masası arxasında oturmağa hazırıq
Kaxa Kaladze - hakim komanda dialoqa heç bir zaman yox deməyib, beynəlxalq partnyorların qoşulması ilə, danışıqlar masası arxasında oturmağa hazırıq

Bu çağırışı alqışlayıram, dünən də bizim tərəfimizdən bəyanatlar verildi, hakim komanda dialoqa heç bir zaman yox deməyib, – bu barədə “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze bəyan etdi. Bununla Kaladze bir neçə qeyri-hökumət təşkilatının birgə bəyanatına əks səda verdi. Onlar partiyaları danışıqlara başlamağa doğru çağırırlar.

Bununla yanaşı, Kaxa Kaladzenin dediyinə görə, hakim komanda müxalifət ilə dialoqa heç bir zaman rədd cavabı verməyib.

“Bu çağırışı alqışlayıram, bizim tərəfimizdən dünən də bəyanatlar verildi, hakim komanda dialoqa heç bir zaman yox deməyib. Beynəlxalq partnyorların qoşulması ilə, danışıqlar masası arxasında oturmağa hazırıq. Bunların hamısı mədəni formada həll olunmalıdır, yox ki, çevriliş və devrilişlə”, – Kaxa Kaladze bəyan etdi.