Kaxa Kaladze GWP-nin sahibi olan "Aqualia" şirkətinin icraçı direktoru ilə görüşüb
Kaxa Kaladze GWP-nin sahibi olan "Aqualia" şirkətinin icraçı direktoru ilə görüşüb

 

Tbilisinin meri Kaxa Kaladze “Georgian Water and Power”in (GWP) 100% hissəsinin sahibi olan “Aqualia” şirkətinin icraçı direktoru Santiaqo Lapuente Peres Lukas ilə görüşüb. Söhbətin əsas mövzusu gələcək əməkdaşlıq perspektivlərinə aid olub.

Tbilisinin Meriyasının məlumatına əsasən, Kaxa Kaladze paytaxtın infrastrukturunun inkişafında “Georgian Water and Power” şirkətinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

“Biz illərdir əməkdaşlıq edirik və bir çox layihələri birlikdə həyata keçiririk. Ümumiyyətlə, Tbilisi qədim şəhərdir və yeraltı kommunikasiyalar baxımından müəyyən problemlərimiz var, lakin son illər ərzində heç vaxt birlikdə bu qədər iş görməmişik. Növbəti dörd ildə infrastruktur layihələri baxımından olduqca iddialı planlarımız var. Müxtəlif prospekt və küçələri birlikdə səhmana salmaq üçün dəstəyinizə ümid edirik” – Kaxa Kaladze bildirib.

Tanışlıq məqsədli görüş Suyun Gələcəyi üzrə Birinci Beynəlxalq Forum çərçivəsində keçirilib.

Tbilisinin meri ilə görüşdə “Aqualia”nın regional direktoru Xose Enrike Bofil, “Aqualia”nın maliyyə direktoru İsidoro Marban Fernandes, GWP-nin icraçı direktoru Xose Miqel Santos, şirkətin kommunikasiyalar üzrə direktoru Eka Beridze və texniki direktor Qiqa Nadiradze iştirak edirdilər.