Kaxa Kaladze - Gürcüstanın vətənpərvər hakimiyyəti var və məhz bu, avropalı bürokratların bir hissəsinin xoşuna gəlmir
Avropalı bürokratların bir hissəsi hakimiyyətə öz agentlərini gətirə bilmədi və buna görə bu cür bəyanatlar verirlər – paytaxtın meri Kaxa Kaladze bəzi avropalı deputatların hakimiyyətə qarşı tənqidini belə qiymətləndirib.
Kaxa Kaladzenin media ilə söhbətində qeyd etdiyi kimi, avropalı deputatların bir hissəsinin Gürcüstanın vətənpərvər hakimiyyətinin olması faktı xoşuna gəlmir və öz agenturasını hakimiyyətə gətirmək istəyirlər.
“Biz niyə bu cür bəyanatlar vermələrinin motivini bilirik. Bu, ilk dəfə baş vermir. Bu, nə bizim, nə də gürcü cəmiyyəti üçün ilk haldır. Avropalı bürokratların bir hissəsi Gürcüstanda seçkilərdə məğlub oldu. Onlar “Şəffaflıq qanunu”nun pis olduğuna, demokratiyaya zidd olduğuna dair bizə çağırış edirdilər, halbuki Brüsseldə özləri oxşar qanun layihələrinin qəbul olunmasından danışırlar. Son illərdə bir neçə dəfə dövlət çevrilişinə, hakimiyyətin devrilməsinə cəhd olub. Bütün bunlar xaricdən maliyyələşirdi. Onların Gürcüstanda hakimiyyətin dəyişməsini istəyən sahibləri vari idi və var, çünki ölkənin xalqın maraqlarını qoruyan vətənpərvər hakimiyyəti var. Məhz bu, onların xoşuna gəlmir. Onlar sahiblərinin tapşırdığı hər şeyi, hətta ölkənin maraqlarına zidd olsa belə, yerinə yetirməyə hazır olan öz agentlərini hakimiyyətə gətirə bilmədilər” – Tbilisinin meri bildirib.