Kaxa Kaladze Gürcüstan yığmasına müraciət edir - bilin ki, bütün Gürcüstan sizinlədir
Kaxa Kaladze Gürcüstan yığmasına müraciət edir - bilin ki, bütün Gürcüstan sizinlədir

Tbilisi meri, Kaxa Kaladze “feysuk” sosial şəbəkəsində video müraciət yayır və Avropa Çempionatının playy-off finalında Gürcüstan yığmasına uğurlar arzulayır.

“Sabah gürcü futbol tarixində önəmli oyundur. Gəlin futbolçularımızı həvəsləndirək, onlara uğurlar arzulayaq və pərəstişkarlıq edək. Təəssüflər olsun ki, epidemioloji durumdan irəli gələrək, stadionda keçirilən matçda azarkeşlər iştirak edə bilməyəcəklər. Halbuki, bu gün ən əsası insanların həyatı, onların sağlamlığının təhlükəsizliyidir və kütləvi toplantılar yoluxma risklərini artırır.

Əminəm ki, bütün Gürcüstan bu matçı gözləyir və evlərimizdən onlara səsimizi çatdıraq. Ümidim var ki, mütləq qalib gələcəyik. Futbolçularımıza uğurlar arzulamaq istəyirəm. Bilin ki, bütün Gürcüstan sizinlədir!, – Kaxa Kaladze video müraciətində bəyan edir.

12 noyabrda Gürcüstan milli futbol yığması Şimali Makedoniya ilə, “Dinamo Arenada” qarşılaşacaq.

Matç saat 21:00-da başlayacaq. Görüşün reportajını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.