Kaxa Kaladze - Gürcüstan Prezidenti ilə bütün cümlələrdə razılaşıram, ABŞ ilə münasibətlərə yeni səhifədən başlamağa hazırıq
Kaxa Kaladze - Gürcüstan Prezidenti ilə bütün cümlələrdə razılaşıram, ABŞ ilə münasibətlərə yeni səhifədən başlamağa hazırıq

 

Hakimiyyətimizin bütün bəyanat və ya məktubları münasibətlərə yeni səhifədən başlamaq istədiyimizi göstərir – bu barədə paytaxtın meri Kaxa Kaladze mediaya deyib.

Kaladze prezident Mixeil Ğavelaşvili tərəfindən ABŞ Prezidenti Donald Trampa göndərilmiş açıq məktuba münasibət bildirib və qeyd edib ki, köhnə administrasiya şəraitində baş verənlər tam bir fəlakət idi.

“Prezident ilə tamamilə bütün cümlələrdə razılaşıram. Bizim üçün ABŞ-la münasibətləri təmiz səhifədən başlamaq və daha da dərinləşdirmək prinsipial əhəmiyyət kəsb edir. Eyni zamanda, biz Donald Trampa iki əsas vədi yerinə yetirməkdə azarkeşlik edirik – dırnaqarası “Dərin dövlət”i məğlub etmək və Rusiya-Ukrayna müharibəsini bitirməkdə. Hər iki məsələ ölkəmiz üçün vacibdir, lakin biz yenə də ölkəmizin maraqlarından çıxış edirik və məktubda qeyd olunduğu kimi, strateji tərəfdaşlıq üçün hakimiyyət hazır olduğunu bildirir.

Köhnə administrasiya şəraitində baş verənlər tam bir fəlakət idi. Bu böyüklükdə dövlətin nümayəndələri utanmadan ağın qara olduğunu bizə sübut edirdilər. Bizi təhqir edirdilər. Onların bütün bəyanatları yalan, hədə-qorxu və çirkin təbliğatla dolu idi, bu da qətiyyən qəbuledilməzdir. Müvafiq olaraq, tərəfimizdən verilmiş bütün bəyanat və ya məktublar yeni səhifədən başlamaq istədiyimizi göstərirdi. Biz dostluğa, əməkdaşlığa və tərəfdaşlığa hazırıq və bu, qarşılıqlı olmalıdır” – Kaxa Kaladze qeyd edib.

Onun sözlərinə əsasən, Donald Tramp prezident olduqdan dərhal sonra “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın əvvəllər danışdıqları, konkret olaraq, “Dərin dövlət” məsələsi ilə bağlı bəyanat verib.

“Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması baxımından çox mühüm imza atıldığını görürük. Gürcüstan öz yeri, mədəniyyəti, adət-ənənələri ilə regionda çox mühüm ölkədir. Müvafiq olaraq, biz münasibətlərə hazırıq.

Bu qədər ildir bu mövzudan danışırıq və qlobal müharibə partiyasından bəhs edirik. Bizim ünvanımıza istehza eşidilirdi. Lakin ABŞ-nin yeni prezidenti elə ertəsi gün bəyanat verdi və “Gürcü Arzusu”nun əvvəllər haqqında danışdığını dünyaya göstərdi. Bu gün ciddi çağırışlardan biri məhz dırnaqarası “Dərin dövlət”in məğlubiyyətidir. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda inqilabların və çevrilişlərin maliyyələşdirilməsi ilə hansı təşkilatların məşğul olduğunu Donald Tramp birbaşa ifşa etdi. Sanki hakimiyyətin rus işi görürmüş kimi qələmə verildiyi bizə qarşı aparılan çirkli kampaniya da ABŞ ilə dostluq münasibətlərinə malik olmaq istədiyimizin daha bir sübutudur” – Kaxa Kaladze bildirib.

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa açıq məktubla müraciət edib.