Kaxa Kaladze - "Gürcü arzusu"nun siyasəti ölkədə sülhün və iqtisadi inkişafın qorunmasına yönəlib
Kaxa Kaladze - "Gürcü arzusu"nun siyasəti ölkədə sülhün və iqtisadi inkişafın qorunmasına yönəlib

Tiflis meri Kaxa Kaladze bildirib ki, “Gürcü arzusu” siyasəti ölkədə sülhün qorunmasına və iqtisadiyyatın inkişafına yönəlib.

Onun sözlərinə görə, hökumət ölkənin iqtisadi inkişafı üçün daha çox işlər görəcək.

“Bizdə olan göstəricilər göstərir ki, ölkə iqtisadi cəhətdən inkişaf edir, irəliləyir. Biz bununla kifayətlənməməliyik və ölkəni iqtisadi cəhətdən daha da gücləndirmək, bu ölkədə yaşayan hər bir vətəndaşın özünü yaxşı hiss etməsi üçün daha çox iş görməliyik”, – Kaladze bildirib.

Paytaxt meri qeyd edib ki, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi Gürcüstanın gələcəyi üçün vacibdir.

“Münasibətlərə gəlincə, əlbəttə ki, Amerika bizim dost və tərəfdaş ölkəmizdir və bu əlaqələr daha da dərinləşməlidir. Biz dostluğu, strateji tərəfdaşlığı dərinləşdirmək istəyirik və hesab edirəm ki, bu, ölkəmizin gələcəyi üçün çox vacibdir. Gürcüstan bunun üçün hər şeyi etməyə hazırdır”, – deyə Kaxa Kaladze bildirib.