Kaxa Kaladze - “Gürcü arzusu” partiyalara qadağa qoymaq fikrində deyil, söhbət konkret cinayət törətmiş cinayətkar qruplaşmadan gedir, ictimaiyyətin bu barədə məlumatı olmalıdır
“Gürcü arzusu” partiyaları qadağan etməyi planlaşdırmır, bu yalandır. – Bu barədə jurnalistlərə paytaxtın meri Kaxa Kaladze məlumat verib.
Kaladzenin izah etdiyi kimi, söhbət keçmişdə törədilmiş, ərazilərin itirilməsi ilə bağlı olan və araşdırılmalı olan cinayət əməllərindən gedir.
Kaladzenin sözlərinə görə, ictimaiyyət bu məsələ ilə bağlı dolğun məlumata malik olmalıdır.
“Birlik Arzusu” sizin dediyiniz kimi partiyaları qadağan etmək fikrində deyil. Bu yalan və yanlış məlumatdır. Söhbət konkret cinayətkar qruplaşmadan gedir ki, cinayət törədib və bunu sifariş verən hər kəsə aydın olmalıdır. Bununla bağlı ictimaiyyətin məlumatı olmalıdır. Kənardan diktə edildiyini düşündüyüm bu ehtiyatsız hərəkətlə biz ərazilərimizi itirdik, çoxlu qəhrəman əsgərlərimiz, dinc sakinlərimiz şəhid oldu, ölkə ərazilərinin böyük bir hissəsi bu gün də işğal altındadır. Ölkəmizi, vətənimizi sevən istənilən gürcü durub soruşsan ki, ölkənin əsas prioriteti nədir, bunun ərazi bütövlüyü olduğunu deyərsən. Bu ehtiyatsız hərəkətlər və törədilən pisliklər düzgün araşdırılmalı, konkret suallara cavab verilməli, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Qətnaməyə imza atıblar, bu qətnamə də şərdir. Öz ölkəni müharibəyə başlamaqda necə günahlandıra bilərsən? Qərarda yazılıb ki, biz yatmış Sxinvalini bombalamışıq, imza atıblar. Bütün suallara cavab lazımdır və bütün cinayətkarlar cəzalandırılmalıdır”, – deyə Kaxa Kaladze bildirib.