Kaxa Kaladze – Giorgi Baramidzenin Gürcüstan dövləti və ordusuna qarşı səsləndirdiyi bəyanat çox ağır idi
Kaxa Kaladze – “Giorgi Baramidzenin bəyanatı Gürcüstan dövləti və xalqına qarşı aparılan hibrid müharibənin davamıdır. Eşitdiklərimiz Gürcüstan dövləti və ordusuna qarşı çox ağır bəyanat idi.”
Tbilisi meri Kaxa Kaladze bildirib ki, Giorgi Baramidzenin açıqlaması Gürcüstan dövləti və xalqına qarşı aparılan hibrid müharibənin davamıdır.
Onun sözlərinə görə, səsləndirilən fikirləri eşidib reaksiyasız qoymaq mümkün deyil.
“Bu da Gürcüstan dövləti və xalqına qarşı aparılan hibrid müharibənin davamıdır. Eşitdiklərimiz Gürcüstan dövləti və ordusuna qarşı çox ağır bəyanat idi. Eşitdiyimiz sözləri dinləyib buna reaksiya verməmək təsəvvüredilməzdir. Bu, adi xəyanətkar hərəkətdir, Gürcüstan dövlətinə və ordusuna təhqirdir. Bunlar adi təxribatçılar və xainlərdir. Bu insanların vətənimizə heç bir sevgisi yoxdur və bütün bunlar mütləq hüquqi qiymətini almalıdır”, – deyə Kaladze bildirib.
Xatırladaq ki, Gia Baramidze “Abxaziya müharibəsi zamanı gürcü hərbçiləri əsirləri güllələyirdilər və buna görə də Abxaziya tərəfi əsirləri geri vermirdi” demişdi.
“Vahid Milli Hərəkat”ın üzvü Gia Baramidzenin bu bəyanatı ilə bağlı Gürcüstan Baş Prokurorluğu dövlətə xəyanət və sabotaj faktı üzrə istintaqa başlayıb.