Kaxa Kaladze - Qəzalı vəziyyətdə olan binanın sakinlərinə dövlət strukturu binanın mütləq tikiləcəyinə dair qarant kimi çıxış edir, bu, çox böyük şansdır və qeyd olunan proqramdan istifadə edək
Kaxa Kaladze - Qəzalı vəziyyətdə olan binanın sakinlərinə dövlət strukturu binanın mütləq tikiləcəyinə dair qarant kimi çıxış edir, bu, çox böyük şansdır və qeyd olunan proqramdan istifadə edək

 

Qəzalı vəziyyətdə olan binanın sakinlərinə dövlət strukturu binanın mütləq tikiləcəyinə dair qarant kimi çıxış edir, bu, çox böyük şansdır və qeyd olunan proqramdan istifadə edək – bu barədə Tbilisinin meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında deyib.

Kaladze bildirib ki, bələdiyyə proqram çərçivəsində yeni binaların tikintisinin sona qədər aparılacağına dair məsuliyyət götürür.

“Əksər hallarda qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinlərin bu gün yaşadıqlarından daha çox sahə tələb etməsi problemi ilə qarşılaşırıq. Bələdiyyənin buna imkanı yoxdur və bizdə onlara yaşadıqlarından artıq sahə təklif etmək səlahiyyəti yoxdur. Bunu investor edə bilər, lakin bələdiyyə halında, buna imkanımız və hüququmuz yoxdur. Əlbəttə, tərəddüd edən bu insanları da anlayıram. Bir neçə gün əvvəl bu haqda danışmışdım və bir daha vurğulamaq istəyirəm. Bir çoxu qorxur, çünki tarixə nəzər salsaq, təəssüf ki, sakinlərin tələblərinin qane edilə bilmədiyi çox sayda hal olub. İllər əvvəl öhdəlik götürən tikinti şirkətləri əhali ilə əldə olunan razılaşmanı yerinə yetirə bilməyiblər və sakinləri qane edə bilməyiblər. Paytaxtda yarımçıq qalmış tikililərin olduğu çoxlu bu kimi bina və tikili var idi. On illər boyunca öz yaşayış sahələrini nə vaxt alacaqlarını gözləyən çox əsəbləşmiş, haqsızlığa məruz qalmış, bədbəxt sakinlər var idi. Bu insanları tamamilə anlayıram. Lakin, bu konkret hallarda söhbət bələdiyyənin iştirakından gedir, söhbət ondan gedir ki, biz, bələdiyyə, dövlət strukturu binanın mütləq tikiləcəyinə dair qarant kimi çıxış edəcək və kömək edəcəyik. Ən əsası və mühüm məsələ odur ki, belə qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlər heç nə ödəməli olmayacaqsınız. Kirayə evlər ilə təminatı bələdiyyə qarşılayır. Tikinti işləri bitənə qədər təmin olunacaqsınız. Sonra, tikinti işlərinin yekunlaşması təxminən bir il yarım, maksimum iki il çəkəcək və sizə yeni tikilmiş yaşayış binalarında əvvəllər yaşadığınız ölçüdə mənzillər veriləcək. Sadəcə olaraq, tam təmir olunacaq və hər bir şəraitlə təchiz olunacaq. Düşünürəm ki, bu, qeyd olunan proqramdan istifadə etmək və mümkün qədər çox insanın iştirakı üçün çox böyük şansdır.

Qəzalı vəziyyətdə olan binalarda yaşayan bütün ailələrə və insanlara bir daha müraciət etmək istəyirəm – bələdiyyə tərəfindən təqdim edilmiş qəzalı vəziyyətdə olan binaların dəyişdirilməsi proqramından istifadə edin” – Tbilisinin meri bildirib.