Kaxa Kaladze - Gələcəkdə heç kimin dövləti təhqir etməyə cəsarət etməməsi üçün Salome Zurabişvilinin sabiq deyil, vəzifəsindən uzaqlaşdırılmış prezident kimi getməsi mühümdür
Gələcəkdə heç kimin dövləti təhqir etməyə cəsarət etməməsi üçün Salome Zurabişvilinin sabiq deyil, vəzifəsindən uzaqlaşdırılmış prezident kimi getməsi mühümdür – bu haqda Tbilisinin meri Kaxa Kaladze jurnalistlərə deyib.
Kaladze bildirib ki, statusu olan şəxs konstitusiyanı pozduğuna görə onun qarşısını almaq üçün onun istefaya göndərilməsi mühümdür.
“Bu statusa malik olan şəxsin konstitusiyanı pozması məyusedicidir. Konstitusiyanın qorunmasının keşiyində birinci o, dayanmalıdır. Gələcəkdə heç kimin konstitusiyanı pozmağa, dövləti təhqir etməyə cəsarət etməməsi üçün, bunun qarşısını almaq üçün onun sabiq deyil, vəzifəsindən uzaqlaşdırılmış prezident kimi getməsi mühümdür” – Kaxa Kaladze bildirib.