Kaxa Kaladze - "Eurobarometer"in tədqiqatının nəticələri məni təəccübləndirmir, Saakaşvilini Avropa ölçüsü, radikalizmi ictimai standart kimi qoyanda, buna reaksiya olacaq, xalq bütün bunları görür
Saakaşvilini Avropa ölçüsü və radikalizmi ictimai standart kimi qoyanda, aydındır ki, buna reaksiya olacaq – bu barədə Tbilisinin meri Kaxa Kaladze “Eurobarometer”in tədqiqatının nəticələri ilə bağlı suala cavabında deyib.
Kaladze bildirib ki, xalq bütün bunları görür.
“Cəmi bir neçə sözlə deyəcəyəm və düşünürəm ki, cəmiyyət hər şeyi başa düşəcək, düzgün təhlil edəcək: Saakaşvilini Avropa ölçüsü və radikalizmi ictimai standart kimi qoyanda, bizi müharibəyə cəlb etməyə çalışanda, iqtisadiyyatın məhv edilməsi ilə bizi təhdid edəndə, aydındır ki, buna reaksiya olacaq və xalq bunların hamısını görür. İndi barəsində danışdığınız nəticələrə görə həqiqətən təəccüblənmirəm” – Kaxa Kaladze bildirib.
“Eurobarometer”in tədqiqatına əsasən, Gürcüstanda Avropa İttifaqına etimad illik 17%, 2024-cü ilin payızı ilə müqayisədə 9% azalıb, fikri soruşulanların 51%-i isə milli hökumətə etibar edir.