Kaxa Kaladze - əmin idim narko-test ilə bağlı kampaniyaya merliyə namizədlərin hamısı qatılacaqdı, təəssüflər ki, anlaşılmaz bəyanatlar dinlədik və pis nəticə aldıq
Kaxa Kaladze - əmin idim narko-test ilə bağlı kampaniyaya merliyə namizədlərin hamısı qatılacaqdı, təəssüflər ki, anlaşılmaz bəyanatlar dinlədik və pis nəticə aldıq

Paytaxt meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, əmin idi narko-test ilə bağlı kampaniyaya merliyə namizədlərin hamısı qatılacaqdı, lakin elə onun dediyinə görə, nəticə o qədər də xoşagələn deyil.

Məsələ ətrafında söhbət edərkən Kaladze “Gürcüstan üçün” partiyasının sədri, Giorgi Qaxariyanın bəyanatını da dəyərləndirdi. Qaxariya bəyan etdi ki, narko-test ilə bağlı Samxarauli Bürosunda ona qarşı təxribat hazırlanırdı, buna görə də saç analizini Avropada verəcək.

Kaladzenin dediyinə görə, narko-test ilə bağlı təşəbbüs barəsində anlaşılmaz bəyanatlar dinlədi.

“Bilmirəm, bu narko-test ilə bağlı elə vəziyyətə düşdüm, təəccüblənmişəm. Həqiqətən bu nəticəni gözləmirdim. Əmin idim narko-test ilə bağlı kampaniyaya merliyə namizədlərin hamısı qatılacaqdı və hamımız birlikdə sağlam həyatın tədbiq olunması baxımından daha artıq populyarlaşdırma edəcəkdik. Təəssüflər ki, anlaşılmaz bəyanatlar dinlədik və insan kimi, səmimi olaraq üzülmüşəm ki, Giorgi Qaxariyanı bu vəziyyətdə görürəm”, – Kaxa Kaladze bəyan etdi.