Kaxa Kaladze - "Dərin dövlət" ölkəmizin düşməni olan ədalətsizlikdir
“Gürcü Arzusu”nun siyasətinə qarşı Tramp administrasiyası yox, gürcü dövlətinə qarşı “Dərin dövlət” mübarizə aparır – bu haqda Tbilisinin meri Kaxa Kaladze media ilə danışarkən bildirib.
Kaxa Kaladze “Dərin dövlət”in Gürcüstanın düşməni olduğunu deyib.
“Sizi haqsız yerə tənqid edəndə bunun heç bir dəyəri yoxdur. “Dərin dövlət” ölkəmizin düşməni olan ədalətsizlikdir. Onların əsas istəyi məhkəməni ələ keçirmək idi, buna Ukraynada, Rumıniyada nail oldular. Rumıniyada baş verənlər xoşunuza gəlirmi? Konstitusiya Məhkəməsi prezidentliyə namizədi prosesdən kənarlaşdırdı və seçkiləri ləğv etdi. Bu namizədlərdən birinin sosial şəbəkədə daha aktiv olması ilə əsaslandırılıb. Belə qərarlar ağlasığmazdır. Belə çirkinlik sənə qarşı mübarizə aparanda, əksinə, qürur duymalısan. “Gürcü Arzusu”nun siyasətinə qarşı Tramp administrasiyası yox, gürcü dövlətinə qarşı “Dərin dövlət” mübarizə aparır. O cümlədən, Cim Riş də onların nümayəndəsidir. Bu gün “Dərin dövlət”in Gürcüstanda, eləcə də dünyanın müxtəlif ölkələrində çox dərin kökləri var. Yeni seçilən prezidentin əsas vədi “Dərin dövləti” məğlub etməkdir. Hamımız gözləmə rejimindəyik, hadisələri izləyirik. Trampın iki prioriteti var idi. Birincisi, Ukraynada müharibəni bitirmək. Bu proseslər gedir; İkincisi, “Dərin dövləti”i məğlub etmək və bu da davam edən bir prosesdir. “Dərin dövlət”in məğlubiyyətini öz üzərimizdə hiss edəcəyik. Münasibətlər yenidən başlayacaq və normallaşacaq” – Kaxa Kaladze bildirib.